28 may 2014 10:43
Maksim Medvedev: Hər iki qolu kobud səhvlər nəticəsində buraxdıq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev Amerika Birləşmiş Ştatlarının komandasına qarşı keçirilmiş yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu millimizin 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Bilirdik ki, amerikalılar güclüdülər. Onları qarşıda dünya çempionatı gözləyir. Bura gəlmək üçün az yol qət etməmişik. Az səhv buraxmağa çalışırdıq. Amma hər iki qolu kobud səhvlər nəticəsində buraxdıq. Futbolda da səhvsiz oynamaq mümkün deyil. Artıq avqustda keçiriləcək Özbəkistanla oyunu düşünməliyik".
