28 may 2014 10:32
Ramaldanov: Sadıqovsuz oynamaq çətin idi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov Amerika Birləşmiş Ştatlarının komandasına qarşı keçirilmiş yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu millimizin 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Biz uduzmamağa cəhd göstərdik. Amma bunun çətin olacağını bilirdik. Qola qədər amerikalılar demək olar ki, qapımız qarşısında qol vəziyyəti yarada bilməmişdilər. Standart vəziyyətlərdən qol buraxdıq. Bütövlükdə pis oynamadıq. İkinci hissədə küləyə qarşı oynasaq da, bu, məğlubiyyətə bəraət qazandıra bilməz.
Rəşad Sadıqovsuz oynamaq çətin idi. O, komandamızın vacib oyunçularından biridi".
