28 may 2014 22:40
Samir Abbasov: Rauf Əliyevi və Ufuk Budağı qeyd edərdim
Millimizin sabiq futbolçusu Samir Abbasov azerisport.az saytına açıqlamasında millimizin səfərdə ABŞ yığmasına məğlubiyyətini (0:2) şərh edib:
“Belə zəif oyun gözləmirdim. Bəlkə dəyişiklər çox idi. Qara Qarayevin və Abdulla Abatsiyevin mərkəzi əldə saxlaması üçün təcrübəsinin çatmadığı görünürdü. Ruslan Abışovun oyun təcrübəsinin yoxluğu onun oyununda əksini tapırdı. Rauf Əliyevi və Ufuk Budağı qeyd edərdim. Nə deyirlər, desinlər, uzun uçuşla müşayiət olunmuş başqa qitədəki oyun futbolçularda əksini tapmışdı. Ümumilikdə, nəticə oyuna görədir. Ancaq rəqib də öz tərəfindən həmçinin, heç nə göstərə bilmədi”.
