Ruslan Abışov: Bilirdim ki, cəmi bir hissə oynayacam
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Amerika Birləşmiş Ştatlarının komandasına qarşı keçirilmiş yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında Rusiyanın "Rubin" klubunun futbolçusu millimizin 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Böyük yol qət etmişdik. Uduzmamağa çalışırdıq. Amma rəqib güclü komanda idi, bizi oyunboyu gərginlikdə saxladılar. Bizim əsas hədəfimiz AÇ-2016-nın seçmə mərhələsinə yaxşı hazırlaşmaqdı. Hazırlıq üçün hələ vaxtımız var.
Bilirdim ki, bu qarşılaşmada cəmi bir hissə oynayacam. Oyun təcrübəmin az olması ilə bağlı Berti Foqtsla söhbətimiz olmuşdu. Ümid edirəm ki, klubumla problemimi həll edə biləcəm və yığmaya daha yaxşı formada gələcəm.
Fiziki baxımdan heç bir problemim yoxdu. Amma oyun baxımından bəzi məqamlar var ki, onları yoluna qoymağım lazımdı".
