28 may 2014 10:10
Mahir Şükürov: ABŞ millisinin necə güclü komanda olduğunu hiss etdik
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Amerika Birləşmiş Ştatlarının komandasına qarşı keçirilmiş yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında "Neftçi"nin futbolçusu millimizin 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Oyun maraqlı və gərgin keçdi. Uduzmaq istəmirdik. Amma bu, yoxlama oyunu idi, baş məşqçi öncədən də demişdi ki, eksperimentlər aparacaq. Əvəzlənməyimə gəlincə, Berti Foqts İlkin Qırtımovu da iş başında yoxlamaq istəyirdi. Ona görə də, fasilədə onu meydana buraxdı. ABŞ yığması dünya çempionatına əbəs yerə vəsiqə qazanmayıb. Bu komandanın necə güclü olduğunu biz də bu gün hiss etdik".
