28 may 2014 22:00
Qabi: Təəssüf ki, Çempionlar liqasını qazana bilmədik
Madrid “Atletiko”sunun kapitanı Qabi Azərbaycana səfər çərçivəsində yerli jurnalistlərlə görüşüb. Azerisport.az xəbər verir ki, Qabi görüş zamanı bunları söyləyib:
“dəstək üçün Azərbaycana təşəkkür edirəm. Çempionlar Liqasının finalı bizim üçün çətin alındı. Təəssüf ki, qazana bilmədik. Son iki dəqiqə bizi bu kubokdan məhrum etdi. Növbəti mövsümdə daha yaxşı oynayacağıq”.
