Klinsmann: Azərbaycan ilə oyunda bizə asan olmadı
Futbol üzrə Amerika Birləşmiş Ştatları yığmasının baş məşqçisi Yurgen Klinsmann Azərbaycan millisinə qarşı keçirilmiş yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:
"Rəqibə yaxşı oyuna, uşaqlara qazandıqları qələbəyə görə təşəkkürümü bildirirəm. Bu, bizim dünya çempionatına hazırlıq çərçivəsində ilk oyunumuz idi. Nəticədən razı qaldım. Azərbaycan yığması müdafiədən oynayırdı. Bu üzdən bizə asan olmadı. Amma əvəzetmələr öz rolunu oynadı. Dempsi? O, oyundan öncəki məşq zamanı zədələndi və bu üzdən oynaya bilmədi. Ona bir-iki günlük istirahət lazımdı. Fikrimcə, Türkiyə ilə oyuna qədər hazır olar.
Bu oyun göstərdi ki, komandamız kifayət qədər dözümlüdü və problem yarananda özünü itirmir. Azərbaycandan gələn nümayəndə heyətinə təşəkkürümü bildirirəm. Onlar böyük və uzun yol qət ediblər. Bu oyunun baş tutması üçün həm onlar, həm də biz əlimizdən gələni etdik".
