28 may 2014 21:11
Atletikonun prezidenti: Azərbaycan xalqı uğurumuzun bir hissəsidir
Madrid “Atletiko”sunun prezidenti Enriko Serezo Azərbaycana səfər çərçivəsində yerli jurnalistlərlə görüşüb. Azerisport.az xəbər verir ki, Serezo görüş zamanı bunları söyləyib:
“Bakı” futbol klubuna və onun prezidenti Hafiz Məmmədova bizi isti qarşıladıqlarına görə təşəkkür edirik. Biz La Liqa Kubokunu məhz Azərbaycanın Respublika günüdə gətirmişik. Sizin ölkənizlə əməkdaşlıqdan fəxr duyuruq. Hər üç turnirdə “Atletiko” mübarizəni sona qədər davam etdirdi. Yalnız Çempionlar Liqasının finalında bəxtimiz gətirmədi ki, “Real”a uduzduq. Ancaq “Atletiko” Avropanın ikinci klubu oldu. Azərbaycan xalqı uğurumuzun bir hissəsidir Həmçinin, ölkə prezidenti İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə və AFFA rəhbərliyinə təşəkkür edirik”.
