28 may 2014 18:18
Rasim Ramaldanov: Rəqib bizi ayaq altında əzmədi
Millimizin müdafiəçisi Rasim Ramaldanov azerisport.az saytına müsahibəsində millimizin ABŞ yığmasına qarşı keçirdiyi yoldaşlıq oyunu (0:2) haqda fikirlərini bildirib:
- Oyunu necə şərh edərdiniz?
- Mahiyyətcə, çətin olacağına şübhə yox idi. Hər halda, ABŞ yığması ilə səfərdə oynamaq asan deyil. Düşünürəm ki, tapşırığımızın öhdəsindən pis gəlmədik. Birinci hissədə qol vurmaq üçün bir neçə imkanımız oldu.

- Sizə nə mane oldu?
- İlk növbədə, uğursuzluq. Əgər belə baxsaq, fövqəladə heç bir şey yox idi. Onların ərazi üstünlüyü vardı. Biz isə rəqibi əks hücumlarda tutmaq istəyirdik.

- Buna rəğmən, Azərbaycan yığması yenə məğlub oldu…
- Onlar bizə standart vəziyyətlərdən sonra qollar vurdular. Başqa imkanları olmadı. Təəssüf ki, məğlub olduq.

- Qol vəziyyətlərində nə baş verdi?
- Kimsə qaçıb çatmadı və budur, iki qol buraxdıq. Öz cərimə meydançamızda amerikalılar gözdən qaçırdıq. Heç-heçəyə tamamilə ümid edə bilərdik.

- Bəs biz buna layiq idik?
- Məğlubiyyətə rəğmən, hesab edirəm ki, yaxşı görünürdük. Rəqib bizi ayaq altında əzmədi. Əsas çatışmazlıqlarımızdan biri topla oyundadır. Top bizdə çox qalmırdı. Əsasən, top almaqda fəaliyyət göstərirdik və meydanın hər qarışında mübarizə aparırdıq. Səbəb axtarmayacağam ki, ikinci hissədə güclü küləyə qarşı oynadıq.

- Müdafiənin mərkəzində siz Elvin Yunuszadə ilə dayanmışdınız. Əvvəllər onunla cütlük yaratmısınız?
- Elvinlə “Simurq”da tam bir il oynamışam. Bir-birimizi yaxşı başa düşürük. Bununla problem ola bilməzdi.

Rüstəm Mikayıllı, San-Fransisko