28 may 2014 15:15
Miks Diskerud: Belə vəziyyətdən qol vurmaq asan idi
ABŞ yığmasının yarımmüdafiəçisi Miks Diskerud millimizə qarşı keçirilmiş oyunda (2:0) vurduğu qol haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Diskerud ABŞ KİV-nə bunları söyləyib:
“Top ayaqlarıma sıçradı və artıq belə bir vəziyyətdən qol vurmaq asan idi. Buna rəğmən, zərbə anında məni yerə sərdilər. Ancaq mən qol vurdum və artıq qazonda uzanıb can çəkirdim”.
