28 may 2014 14:40
Sloveniya yığmasının sabiq qapıçısı Azərbaycana gələcək
Sabah III “Qəbələ Kuboku” start götürür. Azerisport.az xəbər verir ki, 15 yaşa qədər komandalar arasında səkkiz klubun iştirakı ilə yeddi ölkənin təmsilçiləri Kubok uğrunda yarışacaqlar.
Ölkəmizə təşrif buyuracaq qonaqlar arasında Sloveniya yığmasını sabiq qapıçısı Boşko Boşkoviçi qeyd etmək istərdik. Boşkoviç “Udineze”nin yeniyetmələrdən ibarət komandasının baş məşqçisi qismində Qəbələyə gələcək.
Xatırladaq ki, turnirdə ölkəmizi “Qəbələ” və “Neftçi” təmsil edəcək.
