28 may 2014 13:33
Rauf Əliyev: Bütün 90 dəqiqəni müdafiədə oturmaq olmaz
Millimizin hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində millimizin ABŞ yığmasına qarşı keçirdiyi yoldaşlıq oyunu (0:2) haqda fikirlərini bildirib:
- Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Yüksək səviyyəli futbol göstərə bilmədik. Daha çox müdafiə olunurduq və təhlükəli vəziyyətlər yarada bilmədik. Standart vəziyyətlərdən qollar buraxdıq. Həmçinin, hücumların yaradılması ilə bağlı çətinliklər vardı.

- Biz ümumilikdə zəif oynadıq ya hücumda?
- Bütün 90 dəqiqəni müdafiədə oturmaq olmaz. Belə bir futbol yoxdur. Biz müdafiədə oturmuşduq və rəqib əvvəl-axır üstünlüyündən istifadə etdi. 75 dəqiqə döüzdük, ancaq nəticədə müdafiə futbolu əksini tapdı.

- Birinci hissədə komandamız heç olmasa, hansısa vəziyyətlər yaratdı, ikinci hissədə sadəcə, “qapandı”. Bu, tapşırıq idi?
- Yox, sadəcə rəqib təzyiq edirdi, biz isə irəli getmirdik. Əgər iki-üç dəqiq ötürmə verə bilmirsənsə, əlbəttə, rəqib təzyiq edəcək. Meydanın mərkəzində top saxlaya bilmirdik. Hücum təşkil edə bilmirdik və bundan da problemlər doğurdu.

- Nəzərinizcə, futbolçular ikinci hissədə necə oynadılar? Onlar oyunu gücləndirdilər ya əsas futbolçuların gedişi komandanı zəiflətdi?
- Bilmirəm, kənardan görünür. Axı mən meydanda idim. İkinci hissəni birinci hissədən daha pis keçirdik. Ola bilər ki, rəqib ardıcıl yaxşı dəyişikliklər etdi.

Rüstəm Mikayıllı, Kaliforniya