28 may 2014 01:22
Rail Məlikov: Ümid edirəm ki, Azərbaycan yığması qələbə qazanacaq
“Qəbələ”nin müdafiəçisi Rail Məlikov azerispport.az saytına müsahibəsində millimizin ABŞ yığmasına qarşı keçirəcəyi oyun haqda danışarkən, millimizin 2005-ci ildə Trinidad və Tobaqo yığmasına qarşı keçirdiyi oyunu (0:1, 0:2) xatırlayıb:
“O zaman biz Amerikaya getmişdik və çox soyuq idi. Saat qurşaqlarının fərqinə gəlincə, düşünmürəm ki, komandamızın səbəbi olsun. Belə ki, ikicə gün uyğunlaşmaya yetərlidir. Yığma isə bir həftədir ordadır. Rəqib ciddidir. Ancaq ümid edirəm ki, Azərbaycan yığması qələbə qazanacaq”.
