28 may 2014 09:00

ABŞ yığmamızı məğlub yola saldı

Bu gün futbol üzrə Azərbaycan yığması növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı millimiz gücünü Amerika Birləşmiş Ştatlarının yığmasına qarşı oyunda sınayıb.

Qeyd edək ki, bu oyuna daha yaxşı hazırlaşmaq üçün millimiz mayın 20-dən ABŞ-da təlim-məşq toplanışındaydı. DÇ-2014-ə hazırlaşan Yurgen Klinsmannın komandasına qarşı oyun səfərdə olsa da, yığmamızdan uğurlu nəticə gözləyənlər çox idi. Çünki rəqib futbolçular özlərini mundial ərəfəsində qorumağa çalışacaqdılar. Belədə, millimizin üzvləri daha istəkli oynasaydı, uğur qazana bilərdilər. Amma komandamızın üzvləri meydan sahiblərinin təzyiqlərinə 75 dəqiqə dözə biliblər. Bundan sonra iki cavabsız qol vuran "yankilər" yığmamızı məğlub yola salıblar.

ABŞ yığması hazırkı FİFA reytinqində 1015 xalla 14-cü yerdə gedir. Azərbaycan millisi isə 398 xalla 85-ci pillədə qərarlaşıb.

Yoldaşlıq oyunu
28 may

ABŞ - AZƏRBAYCAN - 2:0 (0:0)
Qollar: Miks Diskerud, 75 (1:0), A.Yohansson, 81 (2:0).
San-Fransisko. "Kendlstik Park" stadionu.

ABŞ: 1. Tim Hovard (k), 4. Maykl Bredli, 5. Mett Besler, 7. Da Markus Bizli (21. Tim Çandler, 46), 18. Kris Vondolovski (9. Aron Yohansson, 62), 11. Alexandro Bedoya (10. Miks Diskerud, 70), 13. Cermeyn Cons, 17. Jozi Altidor, 19. Qrem Zusi (14. Bred Devis, 46), 20. Jeff Kemeron (3. Omar Qonzales, 46), 23. Fabian Conson (2. DeAndre Yeolin, 62).
Ehtiyat oyunçular: 12. Bred Quzan, 22. Nik Rimando, 6. Con Bruks, 8. Klint Dempsi, 15. Kayl Bekerman, 16. Julian Qrin.
Baş məşqçi: Yurgen Klinsmann.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov (k) (25. İlkin Qırtımov, 46), 7. Vaqif Cavadov (13. Dmitri Nazarov, 60), 8. Qara Qarayev, 10. Rüfət Dadaşov (28. Pərdis Fərcad-Azad, 66), 11. Rauf Əliyev, 15. Ruslan Abışov (2. Bədavi Hüseynov, 46), 20. Ufuk Budak, 24. Abdulla Abatsiyev (18. Maksim Medvedev, 70), 29. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 5. Şəhriyar Əliyev, 9. Cihan Özkara, 14. Rəşad Sadıqov.
Baş məşqçi: Berti Foqts.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.