27 may 2014 00:27
Qarabağ ÇL-də Rəşad Sadıqovsuz oynaya bilər
Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ABŞ yığmasına qarşı keçiriləcək yoldaşlıq oyununda meydana çıxmayacağı dəqiqləşib. Azerisport.az xəbər verir ki, o, Amerika Birləşmiş Ştatlarında baş tutan son məşq prosesində iştirak etməyib.
Sadıqov ayağında ağrılar var. Elə bu zədə ilə əlaqədar olaraq, kapitanımız oyuna çıxa bilməyəcək.
Qeyd edək ki, Sadıqovun zədəsi ağır qiymətləndirilir. Belə ki, o, "Qarabağ"ın bu yay Çempionlar Liqası öncəsi keçəcəyi təlim-məşq toplanışını da buraxa bilər. Belədə, onun avrokubok oyunlarında komandasına kömək ehtimalı çox azdı.
Sonda onu da diqqətinizə çatdıraq ki, ABŞ və Azərbaycan yığmaları arasındakı oyun sabah səhər saatlarında keçiriləcək.
