27 may 2014 12:22
ABŞ - Azərbaycan oyununda 300-ə qədər jurnalist olacaq
Sabah San-Fransiskoda ABŞ - Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, ABŞ futbol federasiyasının məlumatına görə oyunu 300-ə yaxın yerli və əcnəbi jurnalist işıqlandıracaq.
Oyunu həmçinin, Almaniya, Portuqaliya və Qana yığmalarının təmsilçiləri izləyəcəklər.
