27 may 2014 12:12
Neftçi Vobayı komandaya qaytarır
"Neftçi" sabiq futbolçusu Julius Vobayı komandaya qaytarır. Azerisport.az xəbər verir ki, Vobay iyundan komandaya qoşulacaq və kollektivlə birgə Avropa Liqasına hazırlaşacaq.
Eyni zamanda, icarədə olan Melvin Platyenin də "Neftçi"yə qayıdacağı gözlənilir.
Qeyd edək ki, hazırda heyətlə bağlı müzakirələr davam edir. Özbəkistanlı legioner Bahodir Nasimovun müqaviləsi başa çatıb. Klub rəhbərliyi onunla bağlı yekun qərarı hələ qəbul etməyib.
