27 may 2014 11:44
Tim Hovard: Azərbaycan yığması ilə oyunda vəziyyətlərimizdən istifadə edəcəyimizə ümid edirəm
ABŞ yığmasının qapıçısı Tim Hovard komandasının millimizə qarşı keçirəcəyi oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Hovard bunları söyləyib:
“Toplanışlar həmişə vacibdir. Çünki çox iş görmək lazımdır. İndi həmin əyləncə başlayır. Bütün çatışmazlıqları aradan qaldırmaq üçün bizim cəmi üç oyunumuz var. Ümid edirəm ki, bu oyunlarda öz vəziyyətlərimizdən istifadə edə biləcəyik”.
