27 may 2014 11:33
Şəhriyar Əliyev: Milliyə ilk çağırışım olsa da, həyəcanlanmıram
Millimizin müdafiəçisi Şəhriyar Əliyev açıqlamasında komandamızın ABŞ yığmasına qarşı keçirəcəyi oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Əliyev bunları söyləyib:
“Bu, mənim milliyə ilk çağırışımdır. Ancaq mən həyəcanlanmıram. Bu, böyük məsuliyyətdir. Bu şansdan istifadə etməyə çalışacağam. Komandada məni dəstəkləyirlər. Burada çox yaxşı ailəvi şərait var. Oyuna gəlincə, biz bu oyuna ciddi hazırlaşırıq. Bu oyun bizə AÇ-2016-nın seçmə oyunlarında kömək olacaq”.
