27 may 2014 11:22
Omar Qonzales: Azərbaycan yığması ilə oyun dünya çempionatı ərəfəsində yoxlamadır
ABŞ yığmasının müdafiəçisi Omar Qonzales açıqlamasında komandasının millimizə qarşı keçirəcəyi oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Qonzales bunları söyləyib:
“Azərbaycan yığması ilə oyun dünya çempionatı ərəfəsində yoxlamadır. Bu yığmanın əsas xüsusiyyəti, komanda ilə mübarizə aparmağındadır. Müdafiədə oturduqları zaman, onları məğlub etmək çox çətindir. Onların Portuqaliya və Almaniya ilə oyunlar keçirdiyi, bizim üçün yaxşıdır. Bu yığmalar DÇ-də bizim əsas rəqiblərimizdir. Biz bu oyuna çox ciddi hazırlaşmışıq”.
