27 may 2014 11:11
Maykl Bredli: Azərbaycan yığması təsnifat mərhələsində kollektiv oyun göstərirdi
ABŞ yığmasının yarımmüdafiəçisi Maykl Bredli açıqlamasında komandasının millimizə qarşı keçirəcəyi oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Bredli bunları söyləyib:
“Rəqibimi təsnifat mərhələsində kollektiv oyun göstərməklə, oyunu ilə seçilirdi. Məşqçinin göstərişlərini yerinə yetirərək, Azərbaycan yığması güclü rəqiblərlə bərabər mübarizə aparırdı. Berti Foqts çox təcrübəli mütəxəssisdir. Mən onun həm futbolçu və həm də məşqçi kimi nail olduğu uğurlardan xəbərdaram. O, oynadığı “Borussiya”nın məşhur əfsanəsidir”.
