27 may 2014 11:00
Yurgen Klinsman: Azərbaycan yığması yaxşı rəqibdir, ancaq top-komanda deyil
ABŞ yığmasının alman baş məşqçisi Yurgen Klinsman azerisport.az saytına açıqlamasında komandasının millimizə qarşı keçirəcəyi oyunu şərh edib:
“İlk oyun həmişə vacibdir. Öz yetirmələrimdən yaxşı oyun gözləyirəm. Bizim təcrübəyə vaxtımız yoxdur. Braziliyada keçiriləcək dünya çempionatının başlanmasına az qalır. Azərbaycan yığması ilə oyunda altı əvəzləmə edə bilərik. Ola bilsin ki, bundan istifadə edək. Azərbaycan yığması haqda nə deyə bilərəm? Yaxşı rəqibdir, ancaq top-komanda deyil”.
