27 may 2014 18:00
Vaqif Cavadov: ABŞ yığmasına qarşı əsas heyətdə meydana çıxacağımı gözləyirəm
Millimizin hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində ABŞ yığmasına qarşı keçiriləcək oyun haqda fikirlərini bölüşüb:
“Biz uzun uçuşdan və vaxt fərqindən sonra artıq özümüzə gəlirik. Böyük istəklə oynayacağıq. Hamı mütləq surətdə can qoyacaq. Meydana çıxaraq, oynamağımız qalır”, deyə Cavadov söhbətə başlayıb.
- ABŞ yığması haqda nə deyə bilərsiniz?
- Əgər düzünə qalsa, onlar haqda heç nə bilmirəm. Ancaq onu qeyd edim ki, bəzi futbolçuları Almaniya və İngiltərədə çıxış edirlər.

- Yəni, amerikalıların hansı futbolu oynadığını bilmirsiniz?
- Biz ABŞ - Ukrayna oyununun hissələrinə baxmışıq. Ancaq öz oyunumuza yaxın, rəqib haqda daha bilgin olacağıq. Ancaq mən hesab edirəm ki, əsası, öz oyunumuzdur. Özümüzü təhlil etməli və hər bir oyunçu meydanda nə etdiyini bilməlidir.

- Geridə qalmış mövsümü sizin üçün uğurlu hesab etmək olar. Yəqin ki, start heyətində yerə ümid edirsiniz?
- Mən həmişə bunu gözləyirəm. Əvvəl-axır, mən yığmanın təzələrindən deyiləm. Hər halda, kimin oynayacağına, kimin ehtiyatda oturacağına məşqçi qərar verəcək.

- “İnter”də qalırsınız?
- Hələ heç nə aydın deyil. Mayın 30-da ya iyunun 1-də hər şey həllini tapacaq.

- Sizin “Xəzər Lənkəran” və ya “Qarabağ”a keçəcəyiniz haqda şayiələr dolaşır...
- Bu, müzakirə olunmur və xəbərlər həqiqətə uyğun deyil.

- Siz növbəti mövsümü “bankirlərin” heyətində davam etmək istərdiniz?
- Mən “İnter”də oynamaq istəyirəm, ancaq bəzi detalları həll etmək lazımdır. Sizə deyim ki, bu, maliyyə məsələsidir.

- Bəziləri hesab edir ki, guya Rusiyada variantlarınız olduğunu deyərək, siz öz qiymətinizi qaldırırsınız...
- Bunu etməyimə ehtiyac yoxdur. Axı bunu Rusiya KİV-i yazırdı ki, mənimlə maraqlanırlar. Mən yalnız mətbuatdan oxuduğumu bölüşə bilərəm. Mənim “İnter”də qalmaq istəyim var.

Rüstəm Mikayıllı, Kaliforniya