27 may 2014 16:55
Yaşar Seyidov: Bakı satılmır
“Bakı” FK-nın vitse-prezidenti Yaşar Seyidov azerisport.az saytına müsahibəsində klubun satışa çıxarılması haqda yayılmış şayiələri təkzib edib:
“Bu, həqiqət deyil. Hafiz Məmmədov klublarımız arasın ən yaxşı bazanın tikintisinin təşəbbüskarıdır. Bütün bu infrastruktur satılmaq üçün ayaq üstə qaldırılmayıb. Bizdə hər şey qaydasındadır”.
