27 may 2014 14:28
Neftçi hücumçu və yarımmüdafiəçi axtarışına çıxıb
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev komandanın gücləndirilməsi üçün iki futbolçunun alınmasını istəyir. Bu barədə təcrübəli məşqçi azerisport.az saytına açıqlamasında deyib:
"Klub rəhbərliyi ilə görüşüb komandadakı taleyimə aydınlıq gətirəcəyəm. Komandanın güclənməsi üçün mərkəz yarımmüdafiəçi və hücumçuya ehtiyac var. “Neftçi”yə mütləq təcrübəli hücumçu alınmalıdır. Komandada gənclərin oynaması məni sevindirir. İnamla deyə bilərəm ki, “Neftçi” yeni legioner limitinə hazırdır. Biz hər zaman gənc futbolçuları diqqətdə saxlayarıq".
