27 may 2014 14:14
Sumqayıt stadionu yenidənqurmadan sonra
Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına köhnə stadion çoxdandır ki, təyinatı üzrlə işlənmir. Səbəb idman kompleksinin yenidənqurma işlərinin gözəməsidir:
“Stadionun yenidənqurma işləri yaxın vaxtlarda başlanmalıdır”, deyə stadionun direktoru Rizvan Rəsulov bildirib.
“İşlərin başlanmasının dəqiq vaxtı mənə məlum deyil. Ötən ildən bu günə qədər bu stadionda heç bir futbol oyunları keçirilmir”, deyə direktor əlavə edib.
Arenanın 15 min tamaşaçıya nəzərdə tutulduğunu bildirmiş həmsöhbətimiz yenidənqurma işlərindən sonra stadionda yerlərin artacağını da istisna etməyib.
Onun sözlərinə görə, stadionun yenidənqurma işlərindən sonra hansı görkəm alacağı, layihə təsdiqləndikdən sonra bilinəcək.
Hazırda bir neçə layihə variantı baxışan keçirilib. Ancaq hələlik, konkret nə isə demək olmaz. Direktor qeyd edib ki, stadion müasir tələblərə cavab verəcək.
Stadionda son dəfə 2011-ci ildə yüngül təmir işləri aparılıb.
Arena azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, cəsur kəşfiyyatçı və partizan, “Mixaylo” ləqəbli leytenant Mehdi Hüseynzadənin adını daşıyır.
(Day.Az)
