27 may 2014 14:05
Kubokun finalına görə 5 min manatlıq cərimə
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan kubokunun “Qəbələ” və “Neftçi” klubları arasında təşkil olunmuş final matçı ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” - “Neftçi” final matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunublar.
Oyunun 90-cı dəqiqəsində “Neftçi” klubunun məşqçisi Bəxtiyar Musayev texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Oyunun 104-cü dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
