27 may 2014 13:55
Xəzər Lənkəranın yeni baş məşqçisi iyunun 2-nə qədər məlum olacaq
“Xəzər Lənkəran”ın klub rəhbərliyi komandanın baş məşqçisi vəzifəsinə namizədlərlə danışıqlar aparmağa davam edir. Klubun mətbuat xidmətindən azerisport.az saytına verilmiş məlumata görə, yeni baş məşqçinin adı iyunun 1-i ya 2-də məlum olacaq.
Hazırda “gəmiqayıranlar” iki məşqçi ilə danışıqlar aparırlar: türk Oğuz Çətin və rumın Mirça Redniklə. İstisna deyil ki, bu siyahıda daha bir mütəxəssis yer alacaq. Ancaq klub onun adını hələ açıqlamır.
