Azad Cabbarov: Neftçini digərlərindən fərqləndirən cəhət də budu
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov "Neftçi"ni Azərbaycan Kubokunun qalibi olması münasibətilə təbrik edib. Azerisport.az xəbər verir ki, təbrikdə bunlar qeyd olunub:
“Azərbaycan futbol azarkeşi hər zaman "Neftçi"nin uğuruları ilə öyünüb. Hələ keçmiş SSRİ dövründə komanda qazandığı uğurlarla ölkəmizi layiqincə təmsil edib. Müstəqillik dövründə artıq Azərbaycan futbolunun "Flaqman"ı olan "Neftçi" daim öz oyun tərzi ilə çempionatımıza rəng qatıb, azarkeşlərə stadionlarda futbol bayramı, ab-havası yaşadıb. Məhz bu komandanı digərlərindən fərqləndirən cəhət də budu. Azərbaycan Kubokunun finalında "Neftçi"nin qazandığı uğur hər bir "Araz Naxçıvan" PFK rəsmisi üçün sevinclə qarşılandı. Qazanılan bu uğur münasibətilə "Neftçi" rəhbərliyini - başda Sadıq Sadıqov olmaqla, bu nailiyyətdə xidməti keçən digər klub rəsmilərini və daim komandalarını yalnız qoymayan azarkeşlərini təbrik edirəm”. (klub saytı)
