27 may 2014 13:15

Topaz Premyer Liqasında son mövsümdəki qolların tipologiyası

Topaz Premyer Liqasının 2013/2014 mövsümündə qapılara ümumilikdə 432 qol vurulub. Azerisport.az xəbər verir ki, bunlardan 190 top ilk hissədə, qalan 242-si isə ikinci hissədə qeydə alınıb.

Topaz Premyer Liqasının oyunlarının ilk hissəsində hamıdan çox qol vuran isə “İnter”dir. Mövsümün gümüş mükafatçısı 27 dəfə rəqibi ilk 45 dəqiqədə meydanın mərkəzinə dəvət edib. Bu mövsüm Premyer Liqanı tərk etmiş “Rəvan” isə ilk hissələrdə hamıdan az – cəmi 10 dəfə fərqlənib.

İkinci hissələrdə ən məhsuldar nəticə isə “Qarabağ”ın payına düşür. Ağdamlılar oyunların ikinci hissələrində 43 dəfə rəqibi məyus edə bilib. Qeyd edək ki, bu göstərici komandanın ilk hissələrdə vurduğu qol sayından, demək olar ki, iki dəfə çoxdur (ilk hissələrdə 23 qol). “Rəvan” klubu isə bu göstəricidə də hamıdan geridə qalıb. Paytaxt təmsilçisi ikinci hissələrdə cəmi 12 qol vura bilib.

Cərimə zərbələrindən ən çox faydalanan komandalar “Bakı” və “Neftçi”dir. Paytaxt klubları hərəyə 10 dəfə standart vəziyyətlərdən rəqiblərini məyus edib. Künc zərbələrindən isə “Qəbələ” 8 dəfə qol vurmaqla ən yaxşı nəticəni müəyyən edib. “Bakı” klubu həm də 11 metrlik cərimə zərbələrindən vurulan qolların sayına görə liderdir – 8 top.

Komandaların buraxdığı qollara nəzər saldıqda “Sumqayıt”ın cərimə zərbələri zamanı uğursuz oynadığı görünür. “Gənclər şəhəri”nin təmsilçisi qapısında gördüyü 61 qoldan 10-nu məhz cərimə zərbələrindən buraxıb. Standart vəziyyətlərdən buraxılan qolların statistikasında “Rəvan”ın da göstəricisi ürəkaçan deyil. Bakılılar 66 qoldan 9-nu künc zərbəsindən sonra buraxıb. Mövsüm boyu 11 metrlik cərimə zərbəsindən ən çox qol buraxan isə “Xəzər Lənkəran”dır. Rəqibləri cənub təmsilçisi 8 dəfə penaltilərdən vurulan qollarla məyus edib. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.