27 may 2014 13:22

Mahir Şükürov: Vaxt fərqi pis oyuna bəraət ola bilməz

Millimizin müdafiəçisi Mahir Şükürov komandamızın ABŞ yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunu ərəfəsində azerisport.az saytının müxbirinin suallarını cavablayıb:
“Gündə iki məşq keçirik. Çox ciddi hazırlaşırıq. Vaxtla bağlı kiçik problemlər var. Görünür, bu, yeganə problemdir. Uzun uçuşa gəlincə, siz bizdən az uçmamısınız, bunun asan olmadığını bilirsiniz. Yeri gəlmişkən, bütün komandaya şəhərə çıxıb onunla tanış olmağı icazə verdiyinə görə, məşqçiyə təşəkkür edirəm”, deyə Şükürov söhbətə başlayıb.
- 12 saatlıq fərq komandanın oyununa təsir edə bilər?
- Ola bilər, ancaq səbəb axtarmağa dəyməz. Uyğunlaşmaya 3-4 gün vaxt gedir. Bi isə artıq altıncı gündür ki, San-Fransiskodayıq.
- ABŞ yığması dünya çempionatına hazırlaşır. Onların böyük stimulu var. Azərbaycan yığmasının köklənməyə hansı əsasları var?
- İndi əsas heyətdə yer almaq üçün rəqib komandanın heyətində hər bir futbolçu özünü məşqçiyə göstərmək istəyəcək. Hamı Braziliyada oynamaq istəyir. Bizim futbolçular da qarşıdakı oyunda özlərini göstərmək istəyirlər. Axı səfərdə belə komandaya qarşı heç də həmişə oynamırsan.
- Azərbaycan Kubokunun finalına baxdınız?
- Bəli, televizorda.
- “Neftçi”nin oyunu xoşunuza gəldi?
- Bütün həmklublarımı qələbə münasibəti ilə təbrik edirəm. Onlar layiqli qələbə qazandılar. Biz Kubokun bizim olacağını deyirdik və o bizimdir!
- “Qəbələ”yə qarşı oyunda sizi əvəzləmiş Məqsəd İsayev müsbət rəylər alıb. Sizin rəqibiniz meydana çıxır.
- Mən Mahir Şükürovam. Məqsəd isə hələ gəncdir. Biz istəyirik ki, gələcəkdə bizi gənc futbolçular əvəzləsinlər. Legionerlər oynamaqdansa, qoy onlar oynasınlar. Mən komandada yaşlıyam, Məqsəd məndən öyrənə bilər. Belə də olmalıdır.
- “Neftçi” üçün mövsümü necə qiymətləndirirsiniz?
- Mövsümü uğurlu hesab etmək olar. Çempion olmadıq. Ancaq qənimətsiz də qalmadıq. Bizim üç dəfə ardıcıl çempionluğumuzdan sonra “Qarabağ”a birinci olmaq müyəssər oldu. Onları təbrik edirəm. Azərbaycan Superkuboku urunda bizim görüşümüz olacaq. Bax, bu oyun maraqlı olacaq.
- Bizim üçün avrokuboklar tez başlayır. Avropada yeni mövsüm haqda nə deyə bilərsiniz?
- Ötən il bizdə alınmadı. Yenidən belə şeyə yol vermək olmaz. Avrokuboklarda uğurlu oynamaq lazımdır ki, futbolun səviyyəsini qaldıraq. Düşünürəm ki, qrup mərhələlərinə düşməyin vaxtı çatıb. Biz Avropa Liqasına, “Qarabağ” Çempionlar Liqasına.
- Qrup mərhələsi “Neftçi”nin birmənalı məqsədidir?
- Əlbəttə! Bəs bu, necə olmalıdır? Bir mərhələ keçdik və bitdi? Beləcə klublarımız ikinci mərhələdən o yana keçə bilmirlər. Bir dəfə “Neftçi” Avropada öz sözünü dedi. Bunu yenidən etmək lazımdır.
Rüstəm Mikayıllı, San-Fransiskodan.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.