27 may 2014 01:00
Çezare Prandelli Bakıya gələcək
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli bu komandadakı gələcək taleyi ilə bağlı bütün şayiələrə son qoyub. Azerisport.az xəbər verir ki, o, İtaliya Futbol Federasiyası ilə yeni müqavilə imzalayıb.
Müqavilə AÇ-2016-nın sonunadək nəzərdə tutulub. Bu isə o deməkdi ki, AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan italyanları Bakıya məhz bu mütəxəssis gətirəcək.
