Qarabağın ÇL-də mümkün rəqibləri tam dəqiqləşmək üzrədi
Azərbaycanı bu mövsüm UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın potensial rəqiblərinin siyahısı dəqiqləşmək üzrədi. Azerisport.az xəbər verir ki, artıq ilk iki təsnifat mərhələsində iştirak edəcək sadəcə, üç klubun adı bəlli deyil.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 23-də keçiriləcək. Püşkatma ərəfəsində UEFA-nın reytinq cədvəlinə əsasən, iştirakçı klublar səpələnmişlər və səpələnməmişlər səbətinə bölünəcək.
Birinci təsnifat mərhələsində 6 komanda iştirak edəcək. İlk mərhələnin üç ən güclüsü növbəti mərhələyə vəsiqə qazanacaq və 14 komanda ilə birgə səpələnməmişlər səbətində yer alacaqlar. İkinci mərhələnin daha güclü digər 17 iştirakçısı isə səpələnmişlər səbətində olacaq.
Hazırda ilk təsnifat mərhələsinin altı iştirakçısından 5-i, ikinci təsnifat mərhələsində çıxış etməli olan 31 iştirakçıdan isə 29-nun adı bəllidi.
Artıq indidən "Qarabağ"ın ÇL-in ikinci təsnifat mərhələsindəki potensial rəqiblərinin kim olacağı təxmini bəllidi. Ağdam klubu UEFA-nın reytinq cədvəlində 7,575 bala malikdi. Bu isə komandamızın püşkatma zamanı daha güclülərin yer aldığı səpələnmişlər səbətində olacağına işarədi. Bir sözlə, Qurban Qurbanovun komandasını zəiflərin yer aldığı səpələnməmişlər səbətindən bir komanda gözləyəcək.
Birinci təsnifat mərhələsi
Səpələnmişlər: Levadiya (Estoniya), Torshavn (Farer adaları), Santa-Koloma (Andorra).
Səpələnməmişlər: Banants (Ermənistan), Linkoln Red İmps (Cəbəllütariq) və gələcək San-Marino çempionu.
İkinci təsnifat mərhələsi
Səpələnmişlər: Styaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Maribor (Sloveniya), Legiya (Polşa), Srvena Zvezda (Serbiya), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HJK (Finlandiya),.
Səpələnməmişlər: Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Reykyavik (İslandiya), Düdelanj (Lüksemburq), Stromsqodset (Norveç), Nyu-Seynts (Uels), Sent-Patrik Atletik (İrlandiya), Skenderbeu (Albaniya), Rabotniçki (Makedoniya), Valletta (Malta), Jrinski (Bosniya və Herseqovina), Kliftonvill (Şimali İrlandiya), “Jalgiris” (Litva).
Hazırda ikinci təsnifat mərhələsinin sadəcə, 2 iştirakçısının adı bəlli deyil. Bunlar gələcək Çernoqoriya və Macarıstan çempionlarıdı.
Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.
