26 may 2014 12:40
Berti Foqts: ABŞ yığması haqda San-Fransiskodakı oyundan sonra düşünəcəyəm
Millimizin baş məşqçisi Berti Foqts bildirib ki, məsləhətçisi olduğu ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın komandası ilə sıx işi millimizin San-Fransiskoda keçirəcəyi yoldaşlıq oyunundan sonra başlayacaq. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“ABŞ yığmasının rəqiblərini San-Fransiskodakı oyundan sonra təhlil edəcəyəm. Ancaq Qana yığması haqda indidən bir neçə söz deyə bilərəm. Onlar sürətlidirlər və gözəl yarımmüdafiə xətləri var. Həmçinin, fiziki cəhətdən yaxşı hazırlanıblar”.
