26 may 2014 00:10

İnterlə Qəbələnin Avropa Liqasındakı potensial rəqibləri: qaldı 5 naməlum

Azərbaycanı bu mövsüm UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində təmsil edəcək klubların potensial rəqiblərinin siyahısı getdikcə dəqiqləşmək üzrədi. Azerisport.az xəbər verir ki, Premyer Liqada gümüş medalçı olan "İnter"lə bürünc medalların sahibi "Qəbələ"nin potensial rəqiblərindən hazırda yalnız beşi bəlli deyil.

Avroliqanın ilk təsnifat mərhələsinin bütövlükdə 78 iştirakçısından 73-ü bəllidi. Bəribaşdan qeyd edək ki, "İnter" Avroliqanın püşkatması zamanı səpələnmişlər səbətində yer alacaq ki, bu da komandamızın daha zəif rəqiblərin yer aldığı səpələnməmişlər səbətindən bir komanda ilə düşəcəyinə işarədi. "Qəbələ" isə əksinə, "İnter"in yer aldığı daha güclülərin səbətindən bir komandaya rəqib olacaq. Bölgə təmsilçisinin demək olar ki, bütün potensial rəqibləri bəllidi. Hazırda Avroliqanın ilk təsnifat mərhələsinin bəlli olmayan 5 iştirakçısından bəzisinin səpələnmişlər səbətində yer alması mümkündü. Belədə, aşağıda göstərilmiş siyahıda səpələnmişlər səbətinin sonlarında yer alan bəzi klubların səpələnməmişlər səbətinə keçməsi istisna deyil.

Püşkatma zamanı "İnter"lə "Qəbələ"nin bir-birinə rəqib olmayacağı dəqiqdi. Çünki reqlamentə əsasən, təsnifat mərhələlərində eyni ölkə təmsilçilərinin üz-üzə gələ bilməz. Eyni zamanda UEFA Azərbaycanın müharibə şəraitində olduğu Ermənistan klublarının da təmsilçilərimizə rəqib olmasına imkan verilməyəcək.

 

SƏPƏLƏNMİŞLƏR

SƏPƏLƏNMƏMİŞLƏR

Rusenborq (Norveç)

Veris (Moldova)

Tromse (Norveç)

QƏBƏLƏ (AZƏRBAYCAN)

Liteks (Bolqarıstan)

Mika (Ermənistan)

Ekranas (Litva)

Şirak (Ermənistan)

Hafnarfyordur (İslandiya)

Derri Siti (İrlandiya)

Göteborq (İsveç)

Sioni (Gürcüstan)

Sarayevo (Bosniya və Herseqovina)

Hibernians (Malta)

Şaxtyor (Qazaxıstan)

Slima Uonderers (Malta)

Spartak (Trnava, Slovakiya)

Astana (Qazaxıstan)

Differdanj (Lüksemburq)

Fram (İslandiya)

Split (Xorvatiya)

Yelqava (Latviya)

Linfild (Şimali İrlandiya)

Vikinqur (Farer adaları)

İNTER (AZƏRBAYCAN)

Kayrat (Qazaxıstan)

Pünik (Ermənistan)

Laçi (Albaniya)

Aberdin (Şotlandiya)

Turnovo (Makedoniya)

Şiroki Briyeq (Bosniya və Herseqovina)

Dandalk (İrlandiya)

Botev (Bolqarıstan)

VPS (Finlandiya)

Honka (Finlandiya)

Styarnan (İslandiya)

Slayqo Rovers (İrlandiya)

Banqa (Litva)

Birkirkara (Malta)

Dauqava (Riqa, Latviya)

Vaduts (Lixtenşteyn)

Lovçen (Çernoqoriya)

Koper (Sloveniya)

Torshavn (Farer adaları)

Banqor Siti (Uels)

UE Santa-Koloma (Andorra)

Brommapoykarna (İsveç)

Sillamae Kalev (Estoniya)

Zimbru (Moldova)

Atlantas (Litva)

MÜPA (Finlandiya)

Fuqlafyordur (İslandiya)

Hoqesund (Norveç)

Eyrbas (Uels)

Nomme Kalyu (Estoniya)

Qlenavon (Şimali İrlandiya)

Dauqava (Latviya)

Libertas (San Marino)

Jenes Eş (Lüksemburq)

Aberistuit Taun (Uels)

Rudar (Sloveniya)

Santos (Estoniya)

Kukesi (Albaniya)

Kollec Avropa (Cəbəllütariq)

Metallurq (Makedoniya)

Krusaders (Şimali İrlandiya)

Çixura (Gürcüstan)

Sent Culiya (Andorra)

Flamurtari (Albaniya)

Macarıstan təmsilçisi

Tiraspol (Moldova)

Çernoqoriya təmsilçisi

Şkendiya (Makedoniya)

Çernoqoriya təmsilçisi

Fola Eş (Lüksemburq)

San Marino təmsilçisi

Yaqodina (Serbiya)

Macarıstan təmsilçisi

 
Sonda onu da bildirək ki, Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab qarşılaşmaları ayın 10-da keçiriləcək. Püşkatma mərasimi isə iyunun 23-də baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.