26 may 2014 12:30
Rasim Ramaldanov: ABŞ yığmasına qarşı oyuna hazırıq
Millimizin yarımmüdafiəçisi Rasim Ramaldanov millimizin ABŞ yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Ramaldanov bunları söyləyib:
“Hər gün məşq keçirik. Uyğunlaşmaq bir qədər çətin idi. Hər halda, vaxt fərqi 12 saatdır. Ancaq oyuna demək olar ki, hazırıq. Məşqçi mənə harada oynamağı deyəcəyindən asılı olmayaraq, oynayacağam və özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam”.
