26 may 2014 12:20
Berti Foqts: Türkiyə və Azərbaycan milliləri oxşar futbol oynayırlar
Millimizin baş məşqçisi Berti Foqts ABŞ və Türkiyə yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“Türkiyə alman və ya portuqal futboluna bənzər futbol oynamır. Mən onların oyununu Azərbaycan yığması ilə müqayisə edərdim. Sadəcə, onlar səviyyəcə yüksəkdirlər. Belə ki, onların oyunçuları Avropanın aparıcı çempionatlarında çıxış edirlər”.
