Azərbaycan yığması üçün yeni sponsor
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə imzaladığı razılaşmaya əsasən “Clear” Azərbaycan milli futbol komandasının rəsmi şampunu olub. Azerisport.az xəbər verir ki, “Clear” şampunu dünyanın gündəlik tələbat məhsulları üzrə aparıcı şirkətlərindən biri olan “Unilever” tərəfindən istehsal edilir.
“Clear” məhz futbol ilə bağlı — o cümlədən dünya ulduzu Kriştiano Ronaldonun iştirakı ilə — bir sıra uğurlu reklam layihələrini həyata keçirmişdir. Azərbaycan milli futbol komandasının rəsmi şampunu olan “Clear” tətbiq etdiyi innovasiyalar sayəsində oyunçuların saçlarının sağlam və görkəmli görünməsini təmin edəcək.
Müqavilə 2014-cü il may ayının 26-da qüvvəyə minəcək.
Tərəflər arasında rəsmi müqavilənin imzalanması mərasimi bu ilin avqust ayında keçiriləcək.
