26 may 2014 12:02
Yığmamıza iki yeni futbolçu dəvət olundu
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bayıl stadionunda Norveç komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, "Bakı" klubunun üzvü Vüqar Mustafayev zədəli olduğu üçün heyətdən çıxarılıb, Ruslan Tağızadə ("Qəbələ") və Məqsəd İsayev ("Neftçi") toplanışa dəvət olunub. (AFFA)
