26 may 2014 11:55
Millimiz ABŞ yığmasına məğlub olsa, Foqts gedə bilər
Millimizin baş məşqçisi Berti Foqts komandamızın San-Fransiskonun “Kendlstik Park” arenasında məşqi zamanı brifinq keçirib. Azerisport.az alman mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
“Mən ümid edirəm ki, ABŞ yığması Azərbaycan millisi ilə oyundan fayda görəcək. Bizim üçün bu oyun çox vacibdir”, deyə Foqts sözə başlayıb.
Təcrübəli mütəxəssis ABŞ yığmasının dünya çempionatındakı şansları haqda fikrini bildirib: “ABŞ yığması güclü qrupa düşüb. Portuqaliya və Almaniya dünyanın ən güclü yığmalarındandırlar. Qana da güclüdür və düşünürəm ki, amerikalıların onlara gücü yetər. Qrup, əlbəttə, çox çətindir. Ancaq bu rəqiblərlə oyun ərəfəsində ABŞ yığmasının Azərbaycan millisi ilə oynayacağını unutmayın (gülümsəyir)”.
San-Fransiskodakı oyundan sonra Foqts və komandasını Avropa mini-turnesi gözləyir: Planlarım belədir ki, yoldaşlıq oyunundan sonra Almaniyaya qayıdacağam. Qananın oynayacağı Hollandiyaya maşınla gedəcəyəm. Sonra isə portuqaliyalıların meksikalılarla oyununa, həmçinin, ABŞ - Nigeriya oyununa baxacağam”.
ABŞ yığmasının oyun üslubu ilə bağlı suala alman mütəxəssis cavab verməyib: “Mən ABŞ yığmasının məşqçisi deyiləm. Sadəcə olaraq, baş məşqçinin məsləhətçisiyəm. Taktiki mülahizələr haqda danışa bilmərəm. Yaxşısı budur, bu sual Yurgen Klinsmana verin. İndi mən yalnız ABŞ və Azərbaycan yığmalarının yoldaşlıq oyununda iştirak etmək üçün burdayam (gülümsəyir)”.
Foqts inanır ki, saat qurşaqları üzrə vaxt fərqinə rəğmən, ABŞ yığması ilə oyun Azərbaycan böyük maraq doğuracaq: ”Amerikalılarla oyunu Azərbaycanda böyük maraqla gözləyirlər. Orada səhər saat yeddi olacaq. Səkkiz milyondan ən azı dörd milyonu Böyük Amerika ilə oyunu səbirsizliklə gözləyir”.
Alman mütəxəssis ABŞ - Azərbaycan oyununun “Kendlstik Park”da sonuncu oyun olmasına təəccüblənib: “Bu oyun bu stadionda sonuncudur? Necə? Stadion fantastik dərəcədə gözəldir. Təəssüf”.
“Mən yeddi ildir ki, işləyirəm və məni gələcəkdə nəyin və necə gözlədiyini bilmirəm. Həmkarlarınızdan Azərbaycanda daha nə qədər işləyəcəyimi soruşun. ABŞ yığmasına məğlub olsaq, ola bilər ki, yığmanı tərk edim (gülümsəyir). Mən Almaniyada, əla pivənin satıldığı, ölkənin ən yaxşı şəhərlərindən birində yaşayıram”, deyə Foqts fikrilərini tamamlayıb.
Rüstəm Mikayıllı
“Kendlstik Park”, San-Fransisko