26 may 2014 11:30

Rəşad Sadıqov: ABŞ-la oyun bizim üçün vacib qarşılaşmadı

Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqov toplanışla bağlı fikirlərini bildirib:
 
 “Hazırlığımız proqram üzrə davam edir. Oyuna ciddi hazırlaşırıq. Bizim üçün vacib qarşılaşmadı. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. ABŞ yığmasıyla oyun, ola bilsin, Bolqarıstan millisi ilə görüş öncəsi son yoxlama matçı oldu. Hərçənd, avqust ayında da yoldaşlıq görüşündə qüvvəmizi sınaya bilərik. Vaxtımız çox azdı. Düzdü, klub səviyyəsində məşqlər etsək də, milli komandanın düşərgəsinə 2-3 aydan bir gəlirik. Ona görə də ABŞ millisi ilə oyuna ciddi yanaşırıq. Çalışacağıq ki, yaxşı oyunla yanaşı yaxşı nəticə əldə edək.

Uzaq yol qət etməyimizə baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Mövsümün sonudu deyə, müəyyən yorğunluğun olması təbiidi. Baş məşqçi Berti Foqtsun rəhbərliyi altında maraqlı və şən məşqlər keçirik. O, bizim yaxşı əhval-ruhiyyədə olmağımız üçün çalışır. Təbii ki, əsas diqqətimizi oyuna yönəltmişik. Yaxşı nəticə əldə etsək, əhvalımız daha da yaxşı olacaq.

ABŞ yığmasının bizə qarşı hansı heyətlə oynayacağını bilmirik. Dünya çempionatı öncəsi onların 3-4 yoxlama görüşləri olacaq. Meydana hansı futbolçunun çıxmasından asılı olmayaraq, gərgin mübarizə gedəcək. Dünya çempionatı ərəfəsində hər bir futbolçu baş məşqçinin etimadığını qazanmaq üçün çalışacaq. Bizim üçün ən böyük problem saat fərqinin olmasıdır. Zənnimcə, oyun gününədək uyğunlaşma prosesini aradan qaldırıb, oyuna tam yaxşı formada çıxacağıq”. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.