26 may 2014 11:22
Berti Foqts: ABŞ yığması ilə oyunda təcrübə edəcəyəm
Millimizin baş məşqçisi Berti Foqts komandamızın ABŞ yığmasına qarşı keçirəcəyi oyun (28 may, Bakı vaxtı ilə saat 07:00) ərəfəsində azerisport.az saytına müsahibə verib:
- Komandanın hazırlığı necə gedir?
- Oyunçuların firmasına görə mövsümün sonu olduğu hiss edilir. Gərginlik hiss edilirdi. Həmçinin, komanda uzun yol qət edib. Bütün oyunçuların ahəngə düşməsi üçün vaxt lazımdır. Biz bunun üzərində çalışırıq.
- Yəni altı gün ərzində hələ uyğunlaşma keçməmisiniz?
- Hələ yox. Tamam yox. Hər halda, vaxt fərqi 12 saatdan ibarətdir. Hər genə düz bir saat lazımdır ki, uyğunlaşma keçəsən. Buna isə tam bərpa olmaq üçün 12 gün gedəcək.
- Hansı komandaların üzvləri daha yaxşı formada gəliblər?
- Görünür ki, son ana qədər mübarizə aparmış komandaların oyunçuları gərgindirlər. 4-5-ci yerləri tutmuş klublardan gələnlər isə özlərini nisbətən sakit hiss edirlər.
ABŞ yığması ilə oyundan nə gözləyirsiniz?
- Azərbaycan yığmasından yaxşı oyun. Bu, dünya çempionatı iştirakçısına qarşı maraqlı oyun olacaq. Burada tam başqa ab-hava var. Qarşıda bizi İtaliya və Xorvatiya milliləri ilə oyunlar gözlədiyini nəzərə alsaq, amerikalılarla oyun bizim üçün çox vacibdir.
- Oyunda üstün amil nə olacaq: yaxşı oyun və ya nüfuz naminə yaxşı nəticə?
- Bəs nə daha vacibdir: qələbə yoxsa yaxşı oyun?
- Müxtəlif, hərəyə bir cür. Əksər azarkeşləri nəticə narahat edir.
- Hər iki amil vacibdir. Həm nəticə, həm də yaxşı oyun. ABŞ yığması ilə oyunda təcrübə edəcəyəm. Təsnifat mərhələsinə qədər Özbəkistan millisi ilə oyunumu olacaq.
- Yığmada yeni oyunçu - Dmitri Nazarov var. Onun haqqında nə deyə bilərsiniz?
- O, yığmada iki tam məşq keçib. Dmitri İkinci Bundesliqanın oyunçusudur. Düşünürəm ki, o, özü ilə bizə gərəkli keyfiyyətlər gətirib.
- Reynaldonu milli komandada görmək istərdiniz?
- FIFA mənim fikrimi nəzərə almır. FIFA-nı həmçinin, azarkeşlər, jurnalistlər və KİV-in fikri narahat etmir. Qaydalar dəyişib və Reynaldo beş il Azərbaycanda oynamalıdır ki, onu milliləşdirmək mümkün olsun.
Rüstəm Mikayıllı
“Kendlstik Park”, San-Fransisko