26 may 2014 18:32
Azərbaycan yığmasına daha bir futbolçu dəvət olundu
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bayıl stadionunda Norveç komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, "Neftçi" klubundan Emil Balayev də toplanışa dəvət olunub. Balayev U-21-in heyətinə mayın 29-da qoşulacaq.
