26 may 2014 18:21
Veteranlar Neftçini təbrik etdilər
“Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış veteran futbolçu Yaşar Babayev və ADBTİA-nın müəllimi, veteran futbolçu Akif Fəttahov bu gün klubun bazasında olublar. Azerisport.az xəbər verir ki, Azərbaycan kubokunu qazanması münasibətilə komandamızı təbrik edən qonaqlar “Neftçi”yə avrokuboklarda uğurlar arzulayıblar.
“Neftçi” PFK isə öz növbəsində yaxın günlərdə gözündən əməliyyat olunacaq Yaşar Babayevə Allahdan şəfa və can sağlığı diləyib.
