26 may 2014 17:39
Finalçılar müəyyənləşdi
Həvəskar komandalar arasında keçirilən XVI ölkə birinciliyində finala yüksələn komandalar müəyyənləşib. Azerisport.az xəbər verir ki, yarımfinal oyunları aşağıdakı nəticələrlə yekunlaşıb:
“Naftalan” – “Binə B.lik” 2:1 (ilk oyun - 0:1)
“Viləş” – “Çağırğan” 1:0 (ilk oyun - 0:2)
Beləliklə, “Binə B.lik” (Bakı) və “Çağırğan” (Sabirabad) komandaları arasında final oyunu mayın 28-də, saat 17:00-da, "Şəfa" stadionunda keçiriləcək.
