26 may 2014 18:05
Slavço Georgiyevski: Avropa Liqasında keçiləcək üç mərhələ İnter üçün uğur olacaq
“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski azerisport.az saytına müsahibəsində mövsümün yekunlarına toxunmaqla yanaşı, komandasının yeni mövsümə tapşırıqlarından və müqaviləsindən danışıb:
- Mövsümün sonunda komandanı tərk edəcəyiniz təsiri bağışlayırdı. Ancaq siz razılaşmanı bir il də uzatdınız.
- Mən “İnter”i nə üçün tərk etməliyəm? Məni burada hər şey qane edir. Klub rəhbərliyi, məşqçi qərargahı mənə etibar edir və mən buna görə onlara minnətdaram. Keçirilmiş iki mövsümü uğurlu hesab etmək olar.

- Bu mövsüm siz əvvəlkilərdən az oynadınız...
- Bu mənim pis oynadığımdan deyil, məşqçinin taktiki görüşünə görə idi ki, mən bəzən ehtiyat skamyada qalırdım. Gördüyünüz kimi, mən növbəti mövsümdə də “İnter”də çıxış edəcəyəm. Demək, hər halda, lazımam.

- Həqiqətənmi növbəti mövsüm karyeranızda sonuncu olacaq?
- Belə planlar var. Ancaq irəli qaçmayaq. Məni və komandamı asan il gözləmir.

- Ötən mövsümü uğurlu hesab etmək olar?
- Özlüyündə ikinci yer pis nəticə deyil. Əgər mövsümü necə başladığımızı nəzərə alsaq, o zaman biz ümumiyyətlə, sonuncu pillədə gedirdik, deyə bilərik ki, mövsümü xilas etdik. Bəli, əsas tapşırığı yerinə yetirdik, avrokuboklara çıxdıq.

- Əgər o başlanğıc olmasaydı?
- Ancaq “İnter”ə görə çempion öz çempionluğunu vaxtından əvvəl təmin edə bilmirdi. Düşünürəm ki, mövsümü uğurlu başlasaydıq, çempion ola bilərdik.

- Heç kimə sirr deyil ki, “Neftçi” Avropa Liqasının qrup mərhələsinə çıxandan sonra, Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri bu uğuru ən azından təkrarlamaq istəyirlər. “İnter” də bu qəbildəndir?
- Əlbəttə, avrokuboklarda qışa qədər qalmaq istərdik. Ancaq düşünürəm ki, biz Avropa Liqasında üç mərhələ belə, keçsək, bu, bizim üçün uğur hesab ediləcək.