26 may 2014 17:22
Qara Qarayev: ABŞ millisi bu oyuna bizdən çox köklənib
- Kaliforniyadakı hazırlıq necə keçir?
- Yığmada olmaq həmişə xoşdur. Burada əla ab-hava var. Bu toplanış əvvəlkilərdən fərqlənir. Biz DÇ-də iştirak edəcək bir komanda ilə oynayacağıq.

- Uzun uçuş və vaxt fərqi məşqlərdə əksini tapır?
- Bu, çox hiss edilir. Mən deyərdim ki, hətta daha çox. Bəzən məşqlərdə bədən oyanmır. Ancaq ilk günlərdə olduğu kimi yox. Düşünürəm ki, oyuna qədər tam uyğunlaşacağıq.

- “Qarabağ”ın futbolçuları digərlərindən daha yaxşı vəziyyətdə gəliblər?
- Deməzdim. Biz çempion olduq, qeyd etdik və hər şey ötdü. Bu, artıq geridə qaldı və indi biz hazırlaşırıq. Axı Azərbaycan Kubokunu qazanmış futbolçular da var. Onlar da klub işlərini unudub başlarından atıblar.

- Amerikalılarla oyunda nəyə ümid edirsiniz?
- Oktyabrda səfərdə İtaliya və Xorvatiya ilə oynayacağımızı nəzərə alsaq, bizim üçün bu oyun test və yaxşı təcrübə olacaq. ABŞ bizim təsnifat qrupundakı rəqiblərimiz səviyyəsində oynayır. Digər tərəfdən, rəqib bizdən daha çox köklənib. Axı onlar evdə oynayır və dünya çempionatına hazırlaşırlar.

- Yoldaşlıq oyunlarında nəticə heç də həmişə əsas olmur. Belə rəqiblə oyun istisna olacaq?
- Bizə yaxşı oyun göstərmək və əlbəttə ki, müsbət nəticəyə nail olmaq lazımdır. Ən azı, məğlub olmamağa çalışacağıq.

- San-Fransiskoda sizin gəzinti imkanınız olub. Bu şəhər sizdə hansı təəssüratı oyatdı?
- Alkatras və “Qızıl Darvazalar” körpüsü çox xoşuma gəldi. Ancaq mərkəz məyus etdi.

- Nə xoşunuza gəlmədi?
- İnsanların küçədə uzanıb kömək gözlədiyini görmək xoş deyil. Belə bir şəhərdə bu qədər qeyri-müəyyən yaşayış yeri olan insanların və dilənçilərin olacağını gözləmirdim. Razılaşın, heç də xoşagələn təsvir deyil.
Rüstəm Mikayıllı, Kaliforniyadan