26 may 2014 17:05
Kolumbiyalılar Qəbələnin yarımmüdafiəçisini Türkiyə klubunun hücumçusu ilə səhv salıblar
Kolumbiya KİV-i hesab edir ki, “Qəbələ”nin yarımmüdafiəçisi Baye İbrahima Niasse Seneqal yığmasının heyətində çıxış edib. Azerisport.az xəbər verir ki, bu məlumata əsasən, Niasse Kosovo yığmasına qarşı oyunda iştirak edib və Afrika təmsilçisinin 3:1 hesabı ilə başa çatmış oyununda hesabına dubl yazıb.
Ancaq həqiqətən isə bu oyunda Türkiyənin “Akhisar” klubunun futbolçusu Baye Umare Niasse oynayıb.
Qeyd edək ki, Umare İbrahimanın qardaşıdır.
Əlavə edək ki, may ayının 31-də Seneqal yığması Kolumbiya millisi ilə qarşılaşacaq.
