26 may 2014 16:44
Böyükağa Hacıyev: ABŞ yığması ilə oyunda yaxşı nəticə qazanmaq çətin olacaq
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında ABŞ - Azərbaycan oyunu haqda danışıb:
"ABŞ yığması ilə görüş bizim üçün xeyirli ola bilər. ABŞ kimi rəqibə qarşı matç keçirmək çox yaxşıdır. İlk öncə, heyətdəki problemləri görmək lazımdır. Səfərdə, saat fərqi ilə oynamaq asan deyil. Nəticə az əhəmiyyət kəsb etmir. Amma rəqibin mundial iştirakçısı olduğunu unutmamalıyıq. ABŞ-ın heyətində yüksək səviyyəli futbolçular çoxdur. Bilmirəm, oyun necə başa çatacaq. Azərbaycan millisinə uğurlar arzulayıram. ABŞ komandası ilə oyunda yaxşı nəticə qazanmaq çox çətin olacaq. Rəqib futbolçular qələbə qazanmaqla, mötəbər yarışa yüksək əhvalda yollanmağa çalışacaqlar".
