26 may 2014 13:22
İsrafilovun komandası şansını itirdi
İspaniyada Sequndanın yekun - 40-cı tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbolçumuz Eddi İsrafilovun komandası “Real Mursiya” öz meydanında “Real Saraqosa”nı qəbul edib və 1:1 hesablı heç-heçə oynayıb.
İsrafilov meydanda 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, ”Mursiya” son tura qədər La Liqaya çıxmaq uğrunda pley-off oyunlarına şansını saxlasa da, son turda itirilmiş qiymətli xallar komandanın ümidlərinin üstündən xətt çəkib.
Nəticədə, “Mursiya” 6-cı pillədə yer almış və pley-offda mübarizə aparacaq “Rekreativo” qədər xal toplayaraq, şəxsi oyunların nəticəsinə görə 8-ci yeri tutub.
